29 sen 2026

Ofis Meneceri

MegaSec Azərbaycanda süni intellekt əsaslı kibertəhlükəsizlik həlləri təqdim edən texnologiya şirkətidir. Biznesləri rəqəmsal təhdidlərdən qorumaq üçün innovativ məhsul və xidmətlər hazırlayırıq.

Vəzifə öhdəlikləri

  • Ofisin gündəlik fəaliyyətinin effektiv idarə olunması və koordinasiyası;

  • Şirkətdaxili sənədlərin hazırlanması, qeydiyyata alınması və arxivləşdirilməsinə nəzarət;

  • Görüşlərin, iclasların və tədbirlərin təşkili və koordinasiyası;

  • Telefon zənglərinin cavablandırılması, elektron yazışmaların idarə olunması və müştərilərlə operativ əlaqənin təmin edilməsi;

  • İşçilərin inzibati məsələlərinin idarə olunması və bu istiqamətdə dəstək göstərilməsi;

  • Ofis ləvazimatlarının və digər zəruri ehtiyatların təmin olunmasına nəzarət;

  • Müvafiq hesabatların və məlumatların rəhbərliyə təqdim edilməsi;

  • Ofis avadanlıqlarının, texnologiyaların və texniki vasitələrin işlək vəziyyətdə saxlanılmasına nəzarət;

  • Ofisdaxili IT avadanlıqlarının (kompüter, printer, internet şəbəkəsi və s.) işlək vəziyyətinin izlənilməsi və yaranan texniki problemlərin həlli üçün koordinasiyanın təmin edilməsi;

  • Ofisdaxili təmir, texniki xidmət və inzibati işlərə nəzarət;

  • Gələn qonaqların qarşılanması və görüşlərin təşkili;

  • Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqların vaxtında və düzgün icra olunması;

  • Şirkətdaxili iş proseslərinin nizam-intizamlı şəkildə təşkilinə dəstək göstərilməsi.

    Tələblər

    • Ali təhsil;

    • Cins: Kişi;

    • Yaş həddi: 22–28;

    • Ofis menecmenti, inzibati idarəetmə və ya müvafiq sahə üzrə minimum 1–2 il iş təcrübəsi;

    • Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;

    • Liderlik və komandada işləmək bacarığı;

    • Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;

    • Ofis texnikası və inzibati proseslər üzrə baza bilikləri;

    • Detallara diqqət və məsuliyyətlilik;

    • Operativ qərarvermə və problemləri həll etmək bacarığı;

    • Stress şəraitində işləmək və vaxtı düzgün idarə etmək bacarığı;

    • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

    • İngilis və/və ya rus dili biliyi üstünlük hesab olunur;

    • Korporativ davranış qaydalarına uyğun peşəkar ünsiyyət bacarığı;

    • Məxfi məlumatlarla işləmək və məlumat təhlükəsizliyi qaydalarına riayət etmək bacarığı.


Biz təklif edirik

  1. Könüllü tibbi sığorta;

  2. Peşəkar və dinamik komandada çalışma imkanı;

  3. Müasir texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətdə təcrübə qazanmaq imkanı;

  4. Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Vakansiyaya müraciət

+994
Ofis Meneceri | MegaSec