Kibertəhlükəsizlik
Şəbəkə, server, son nöqtə və bulud mühitlərinin fasiləsiz monitorinqi, kiberinsidentlərə operativ cavab, müdaxilə sınaqları və kibertəhdid kəşfiyyatı — vahid xidmət paketində.
Şəbəkə, server, son nöqtə və bulud mühitlərinin fasiləsiz monitorinqi, kiberinsidentlərə operativ cavab, müdaxilə sınaqları və kibertəhdid kəşfiyyatı — vahid xidmət paketində.
Video, səs və mətn məlumatlarını real vaxt rejimində təhlil edən, riskləri erkən aşkarlayan və qərarvermə proseslərini avtomatlaşdıran süni intellekt həlləri.
Rəqəmsal həllər istiqaməti üzrə xidmətlərimiz təşkilatların konkret biznes ehtiyaclarına uyğun proqram təminatının hazırlanmasını əhatə edir. Tələblərin müəyyənləşdirilməsindən arxitektura və dizayna, proqramlaşdırmadan test və canlı mühitə çıxmasına qədər layihənin bütün mərhələlərini bir komanda ilə həyata keçiririk. Layihənin ölçüsündən və tələblərindən asılı olaraq uyğun texnologiya və inkişaf yanaşmasını seçirik. Məhsul istifadəyə verildikdən sonra isə texniki dəstək, monitorinq və davamlı inkişaf işlərini də həyata keçiririk. Layihənin ilk mərhələsində biznes və texniki tələbləri müəyyənləşdirir, daha sonra həllin arxitekturasını və istifadəçi təcrübəsini formalaşdırırıq. İnkişaf mərhələsində funksionallıqlar mərhələli şəkildə hazırlanır və test edilir. Hazır məhsul istismara verildikdən sonra onun texniki vəziyyətini izləyir və ehtiyac yarandıqca inkişaf etdiririk.
Geniş ərazilərin monitorinqi, təhlükəli mühitdə aparılan əməliyyatlar və real vaxt rejimində dəqiq müşahidə üçün pilotsuz uçuş aparatları və yerüstü robot sistemləri.
Verilənlərin toplanması, emalı və saxlanması üçün infrastruktur, modellər üçün iş mühiti Verilənlər infrastrukturu • Verilənlərin toplanması və saxlanması • Verilənlərin emalı və köçürülməsi • Verilənlərin təşkili və idarə edilməsi Maşın öyrənməsi platforması • Model hazırlanması üçün iş mühiti • Modellərin yerləşdirilməsi və işlədilməsi • İzləmə və həyat dövrünün idarəsi
Audit və nəzarət mərhələsi təşkilatda tətbiq edilmiş informasiya təhlükəsizliyi, risklərin idarə edilməsi və uyğunluq mexanizmlərinin effektivliyinin davamlı şəkildə qiymətləndirilməsini təmin edir. Bu mərhələdə daxili auditlər həyata keçirilir, mövcud təhlükəsizlik nəzarətləri təhlil olunur və təşkilatın beynəlxalq standartlara, tanınmış idarəetmə çərçivələrinə və qüvvədə olan tənzimləyici-hüquqi tələblərə uyğunluğu yoxlanılır.