Cyber Security Summit Central Eurasia 2026

Mərkəzi Avrasiyanın kibertəhlükəsizlik liderləri, CERT mütəxəssisləri və CISO-ları üçün böyük sammit.

5-7 Oktyabr 2026 • Daşkənd

6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi

Bakı Ekspo Mərkəzi

30 Sentyabr - 2 Oktyabr • Bakı

İnkişafınız Üçün Süni İntellekt, Təhlükəsizliyiniz Üçün Kibermüdafiə.

MegaSec ölkədə süni intellekt və kibertəhlükəsizlik məhsullarının ən böyük portfelini bir ünvanda birləşdirir. Axtardığınız həll artıq bizdədir.

Həllərimizə baxın

Birlikdə qurulan rəqəmsal gələcək

MegaSec süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq texnologiya şirkətidir. Azərbaycan və Özbəkistandakı komandamız təşkilatlara rəqəmsal transformasiyanı sürətləndirməkdə, biznes proseslərini avtomatlaşdırmaqda və təhlükəsiz, dayanıqlı rəqəmsal mühit qurmaqda dəstək olur. Özbəkistanda MegaSec TECH SOL şirkəti vasitəsilə regional bazarda təmsil olunur, müştərilərimizə yerində xidmət göstərir və fəaliyyətimizi genişləndiririk.

Məhsullar

Məhsullar

Digital Twin & Crowd Management

Digital Twin & Crowd Management — fiziki məkan və infrastrukturun rəqəmsal mühitdə vizuallaşdırılması ilə insan axınının real vaxt rejimində monitorinqini və idarə olunmasını bir platformada birləşdirən ağıllı idarəetmə həllidir. Sistem fiziki obyekt və ərazinin rəqəmsal əkizini (Digital Twin) formalaşdıraraq müxtəlif məlumat mənbələrindən əldə olunan məlumatları vahid rəqəmsal mühitdə təqdim edir. Bu mühit üzərindən obyektin infrastrukturu, məkan üzrə hərəkətlilik və insan axınının dinamikası operativ şəkildə izlənilə və analiz edilə bilər. Crowd Management komponenti insanların sıxlığını, hərəkət istiqamətlərini və müxtəlif zonalardakı yük səviyyəsini analiz edərək potensial sıxlıq və riskli vəziyyətlərin vaxtında müəyyənləşdirilməsinə imkan verir. Əldə olunan məlumatlar interaktiv vizuallaşdırmalar və analitik dashboardlar vasitəsilə təqdim olunur. Həll real vaxt məlumatları əsasında monitorinq, analiz, operativ idarəetmə və qərar qəbuletmə proseslərini dəstəkləyir. Eyni zamanda tarixi məlumatlar əsasında insan axınının davranışının təhlili və müxtəlif ssenarilərin modelləşdirilməsi mümkün olur. Sistem metro və nəqliyyat infrastrukturu, hava limanları, stadionlar, tədbir və sərgi məkanları, ticarət və biznes mərkəzləri və digər yüksək insan axınının olduğu obyektlərdə tətbiq oluna bilər. Bu yanaşma təşkilatlara fiziki məkanın vahid rəqəmsal görünüşünü əldə etməyə, insan axınlarını daha effektiv idarə etməyə, resurslardan səmərəli istifadə etməyə və operativ qərarların qəbulunu məlumat əsaslı şəkildə həyata keçirməyə imkan verir.

Daha çox

MeetLog

Görüşlər təşkilatlarda qərarların qəbul edilməsi və məlumat mübadiləsinin əsas vasitələrindən biridir. MeetLog bu prosesi süni intellekt texnologiyaları ilə daha sürətli və effektiv edir. Platforma görüş zamanı danışılan nitqi avtomatik olaraq mətnə çevirir, danışanları bir-birindən ayırır və görüşün tam transkripsiyasını hazırlayır. Sistem görüşün məzmununu təhlil edərək əsas müzakirə mövzularını müəyyənləşdirir və avtomatik xülasə yaradır. Görüş başa çatdıqdan sonra əldə olunan məlumatlar istifadəçinin seçiminə uyğun olaraq protokol, Word və ya PDF formatında ixrac edilə bilər. Bütün görüşlərin vahid platformada saxlanılması əvvəlki iclasların məlumatlarına rahat çıxış imkanı yaradır. Nəticədə MeetLog iclasların sənədləşdirilməsinə sərf olunan vaxtı azaldır, məlumat itkisinin qarşısını alır və görüşlərin daha səmərəli idarə edilməsini təmin edir.

Daha çox

MyMedia

MyMedia - süni intellekt əsaslı media monitorinq platformasıdır. Platforma onlayn xəbər saytlarını və sosial şəbəkələri real vaxt rejimində izləyir, yayımlanan məlumatları toplayır və süni intellekt vasitəsilə təhlil edir. Toplanan məlumatlar mövzular üzrə qruplaşdırılır, müsbət, mənfi və neytral münasibət müəyyən edilir və nəticələr əsasında analitik hesabatlar hazırlanır. MyMedia dövlət qurumlarına, şirkətlərə və PR agentliklərinə mediada baş verənləri operativ izləməyə, vacib məlumatları vaxtında müəyyən etməyə və ümumi informasiya mənzərəsini təhlil etməyə imkan verir.

Daha çox

Mirzə

Mirzə Azərbaycan dilində mətnlərin yoxlanılması, redaktəsi, analizi və yaradılması üçün hazırlanmış süni intellekt əsaslı platformadır. Platformanın Böyük Sənəd Analizi xidməti həcmli sənədləri analiz edir, səhv yazılmış sözləri müəyyənləşdirir və düzgün yazılış variantlarını təklif edir. AI Redaktor daxil edilən mətnlərdə orfoqrafik səhvləri aşkarlayaraq mətnin daha düzgün hazırlanmasına kömək edir. Bununla yanaşı, platformada başlıq yaradıcı, e-mail yaradıcı və mətn yaradıcı kimi AI əsaslı alətlər mövcuddur. Bu xidmətlər istifadəçinin tələbinə uyğun başlıqların, elektron məktubların və müxtəlif məzmunlu mətnlərin avtomatik hazırlanmasını təmin edir. Nəticədə Mirzə Azərbaycan dilində mətnlərlə işləmə, redaktə və kontent yaratma proseslərini daha sürətli və effektiv edir. Mirzə AI

Daha çox

Cavabdeh

Cavabdeh istifadəçilərə Azərbaycan qanunvericiliyinə əsaslanan etibarlı cavablar əldə etməyə imkan verən intellektual hüquqi sual-cavab platformasıdır. Sistem hüquqi sənədlərin axtarışı, qanunvericilik müddəalarının təhlili və kontekstə uyğun cavabların formalaşdırılması üçün Böyük Dil Modellərindən (LLM) və Retrieval-Augmented Generation (RAG) texnologiyasından istifadə edir. Platforma vətəndaşlar və hüquq sahəsində çalışan mütəxəssislər üçün hüquqi məlumatlara çıxışın asanlaşdırılmasına və daha səmərəli şəkildə təqdim edilməsinə xidmət edir. Cavabdeh

Daha çox

MyLib

MyLib kitabxana resurslarının axtarılması, kəşf edilməsi və istifadəsini asanlaşdırmaq üçün hazırlanmış süni intellekt əsaslı rəqəmsal kitabxana köməkçisidir. Platforma istifadəçilərə sorğularını təbii dildə, adi danışıq formasında təqdim etməyə və ehtiyaclarına uyğun kitabları, sənədləri, dissertasiyaları və digər akademik resursları daha sürətli tapmağa imkan verir. Sistem istifadəçinin sorğusunu anlayaraq kitabxana bazasında uyğun resursları müəyyən edir və təqdim edir. Nəticədə MyLib ənənəvi kitabxana axtarışını daha ağıllı, sürətli və istifadəçi yönümlü edir, tələbə və tədqiqatçıların ehtiyac duyduğu akademik mənbələrə çıxışını asanlaşdırır. MyLibAI

Daha çox

Nitq.ai

Nitq.ai Azərbaycan dili üçün hazırlanmış süni intellekt əsaslı nitq emalı platformasıdır. Platforma nitqin mətnə çevrilməsi (Speech-to-Text), mətnin səsə çevrilməsi (Text-to-Speech), stenoqraf və API xidmətləri təqdim edir. İstifadəçi audio fayl yükləyərək və ya mikrofon vasitəsilə danışaraq nitqi avtomatik şəkildə mətnə çevirə, həmçinin daxil etdiyi mətni təbii səslənən nitqə çevirə bilər. Stenoqraf xidməti real vaxt rejimində danışığın mətn formasında qeydə alınmasını təmin edir. Platformanın API xidməti isə Nitq.ai-nin nitq texnologiyalarının digər informasiya sistemlərinə, mobil tətbiqlərə və rəqəmsal platformalara inteqrasiya edilməsinə imkan yaradır. Nəticədə Nitq.ai Azərbaycan dilində nitqin emalını avtomatlaşdırır və müxtəlif sistemlərdə səs əsaslı xidmətlərin yaradılmasını və inteqrasiyasını təmin edir. Nitq AI

Daha çox

MyMentor

MyMentor abituriyent və tələbələrə ixtisas seçimi, təhsil proqramlarının müəyyənləşdirilməsi və fərdi təhsil yolunun planlaşdırılması prosesində dəstək göstərən süni intellekt əsaslı akademik məsləhət platformasıdır. Sistem istifadəçinin maraqlarını, akademik göstəricilərini, təhsil istiqamətini və gələcək karyera məqsədlərini nəzərə alaraq fərdiləşdirilmiş tövsiyələr təqdim edir. Platforma uyğun ixtisas və proqramların müəyyənləşdirilməsinə, alternativ təhsil imkanlarının araşdırılmasına və gələcək akademik istiqamətin daha düzgün planlaşdırılmasına kömək edir. Nəticədə MyMentor abituriyent və tələbələrin təhsil və karyera seçimlərini daha məlumatlı və fərdiləşdirilmiş şəkildə planlaşdırmasına imkan yaradır.

Daha çox

Təhlil.ai

Təhlil.ai sənədlərin və nəqliyyat vasitələrinin süni intellekt vasitəsilə avtomatik tanınması və təhlili üçün hazırlanmış platformadır. Sistem şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, texniki pasport, daimi və müvəqqəti yaşayış vəsiqəsi kimi müxtəlif sənəd növlərini tanıyır. İstifadəçi sənədi platformaya əlavə etdikdə sistem sənədin növünü müəyyən edir və üzərindəki məlumatları avtomatik olaraq ayrı-ayrı məlumat sahələri üzrə çıxarır və strukturlaşdırır. Bununla yanaşı, platformaya nəqliyyat vasitəsinin şəkli əlavə edildikdə sistem avtomobilin markasını, modelini, rəngini və dövlət qeydiyyat nişanını avtomatik müəyyən edir. Nəticədə Təhlil.ai sənəd və nəqliyyat vasitələri üzrə məlumatların əl ilə daxil edilməsinə ehtiyacı azaldır, məlumatların emalını sürətləndirir və iş proseslərinin avtomatlaşdırılmasına imkan yaradır.

Daha çox

Qərar.ai

Qərar AI təşkilat daxilində qəbul edilən qərarların mərkəzləşdirilmiş bilik bazası əsasında təhlili və yoxlanılması üçün hazırlanmış süni intellekt əsaslı platformadır. Sistem əvvəlki qərarları, protokolları, normativ və digər əlaqəli sənədləri vahid bilik bazasında toplayaraq onların məzmununu analiz edir. Yeni qərar və ya sənəd sistemə daxil edildikdə Qərar AI onu mövcud sənədlərlə avtomatik müqayisə edir, oxşar və əlaqəli qərarları müəyyənləşdirir, mümkün ziddiyyət və uyğunsuzluqları aşkarlayır. Bununla yanaşı, əvvəlki qərar və sənədlər üzrə ağıllı axtarış aparmağa imkan verir. Nəticədə Qərar AI qərarların hazırlanması və yoxlanılması prosesini sürətləndirir, təşkilati yaddaşın qorunmasını və daha əsaslandırılmış qərarların qəbulunu dəstəkləyir.

Daha çox

DataSurvey

Platforma Excel formatında təqdim olunan sorğu məlumatlarının avtomatik təhlili, vizuallaşdırılması və hesabatlaşdırılması üçün hazırlanmış analitik sistemdir. İstifadəçi sorğu nəticələrini əks etdirən Excel faylını platformaya əlavə etdikdə, sistem məlumatları emal edir və nəticələri interaktiv dashboard üzərindən qrafiklər, göstəricilər və cədvəllər şəklində təqdim edir. İstifadəçilər müxtəlif filtrlər vasitəsilə məlumatları istədikləri kəsimlər üzrə analiz edə və sorğunun əsas nəticələrini daha rahat izləyə bilirlər.Bununla yanaşı, platformada hazır analitik hesabatlar təqdim olunur və əldə edilən nəticələrin müxtəlif formatlarda ixrac edilməsi mümkündür. Platformaya inteqrasiya edilmiş çatbot vasitəsilə istifadəçi yüklənmiş Excel məlumatları üzrə təbii dildə suallar verə və məlumat bazasında olan nəticələr əsasında cavablar əldə edə bilir. Nəticədə platforma sorğu məlumatlarının təhlilini, vizuallaşdırılmasını və hesabatlaşdırılmasını vahid mühitdə birləşdirərək məlumatlarla işləmə prosesini sürətləndirir və analitik nəticələrin əldə edilməsini asanlaşdırır.

Daha çox

Digital Guide

Digital Guide — təşkilatların müştəri və ziyarətçilərlə ünsiyyətini avtomatlaşdıran, AI əsaslı interaktiv məlumatlandırma və xidmət həllidir. Məhsul xüsusi Knowledge Base üzərində qurulur və istifadəçilərin suallarına yalnız həmin bazada təqdim olunan təsdiqlənmiş məlumatlar əsasında cavab formalaşdırır. Bu yanaşma məlumatların vahid mənbədən idarə olunmasına və istifadəçiyə ardıcıl, strukturlaşdırılmış cavabların təqdim edilməsinə imkan verir. İstifadəçi sistemlə mətn və ya səs vasitəsilə qarşılıqlı əlaqə yarada bilir. Sorğu analiz edildikdən sonra cavab ekranda mətn formasında təqdim olunur və eyni zamanda səsləndirilir. İnterfeysdə istifadəçini virtual avatar qarşılayır və kommunikasiya prosesini daha interaktiv edən mimika, jest və animasiyalar vasitəsilə vizual ünsiyyət təmin olunur.

Daha çox

Xidmətlər

Xidmətlər

Kibertəhlükəsizlik

Şəbəkə, server, son nöqtə və bulud mühitlərinin fasiləsiz monitorinqi, kiberinsidentlərə operativ cavab, müdaxilə sınaqları və kibertəhdid kəşfiyyatı — vahid xidmət paketində.

Daha çox

Süni intellekt

Kompüter görməsi texnologiyası şəkil və video axınlarını real vaxt rejimində təhlil edərək onların məzmununu və kontekstini dəqiq müəyyən edir. Ağıllı aşkarlama sistemləri video və sensor məlumatlarını emal edərək şəxsləri, nəqliyyat vasitələrini, obyektləri və hadisələri avtomatik olaraq aşkar edir, tanıyır və izləyir.

Daha çox

Rəqəmsal həllər

Rəqəmsal həllər istiqamətimiz təşkilatların konkret biznes ehtiyaclarına uyğun proqram təminatının hazırlanmasını əhatə edir. Tələblərin müəyyənləşdirilməsindən arxitektura və dizayna, proqramlaşdırmadan test və canlı mühitə çıxmasına qədər layihənin bütün mərhələlərini bir komanda ilə həyata keçiririk. Layihənin ölçüsündən və tələblərindən asılı olaraq uyğun texnologiya və inkişaf yanaşmasını seçirik. Məhsul istifadəyə verildikdən sonra isə texniki dəstək, monitorinq və davamlı inkişaf işlərini də həyata keçiririk. Layihənin ilk mərhələsində biznes və texniki tələbləri müəyyənləşdirir, daha sonra həllin arxitekturasını və istifadəçi təcrübəsini formalaşdırırıq. İnkişaf mərhələsində funksionallıqlar mərhələli şəkildə hazırlanır və test edilir. Hazır məhsul istismara verildikdən sonra onun texniki vəziyyətini izləyir və ehtiyac yarandıqca inkişaf etdiririk.

Daha çox

SKY X - pilotsuz uçuş aparatları və robotika həlləri

Geniş ərazilərin monitorinqi, təhlükəli mühitdə aparılan əməliyyatlar və real vaxt rejimində dəqiq müşahidə üçün pilotsuz uçuş aparatları və yerüstü robot sistemləri.

Daha çox

Verilənlərin idarə edilməsi və maşın öyrənməsi

Verilənlərin toplanması, emalı və saxlanması üçün infrastruktur, modellər üçün iş mühiti Verilənlər infrastrukturu • Verilənlərin toplanması və saxlanması • Verilənlərin emalı və köçürülməsi • Verilənlərin təşkili və idarə edilməsi Maşın öyrənməsi platforması • Model hazırlanması üçün iş mühiti • Modellərin yerləşdirilməsi və işlədilməsi • İzləmə və həyat dövrünün idarəsi

Daha çox

İT Audit və uyğunluğun qiymətləndirilməsi

Audit və nəzarət mərhələsi təşkilatda tətbiq edilmiş informasiya təhlükəsizliyi, risklərin idarə edilməsi və uyğunluq mexanizmlərinin effektivliyinin davamlı şəkildə qiymətləndirilməsini təmin edir. Bu mərhələdə daxili auditlər həyata keçirilir, mövcud təhlükəsizlik nəzarətləri təhlil olunur və təşkilatın beynəlxalq standartlara, tanınmış idarəetmə çərçivələrinə və qüvvədə olan tənzimləyici-hüquqi tələblərə uyğunluğu yoxlanılır.

Daha çox
Patent

Real Vaxt Rejimində Üz Aşkarlama və Tanıma Texnologiyası ilə Təchiz Edilmiş Video Müşahidə Sistemi

Biometrik və üz tanıma texnologiyaları sahəsində əldə etdiyimiz patent — süni intellekt əsaslı təhlükəsizlik həllərinin yerli mühəndislik imkanları ilə formalaşdırıldığının göstəricisidir. Patentləşdirilən texnologiya real vaxt rejimində video müşahidə, üz aşkarlama və identifikasiya proseslərini daha sürətli, dəqiq və etibarlı şəkildə həyata keçirməyə imkan verir.

Bu yanaşma bizə təhlükəsizlik proseslərini daha ağıllı, çevik və nəzarət edilə bilən formada idarə etməyə şərait yaradır. Texnologiyanı yalnız sistemlərin işləməsi üçün deyil, insanların təhlükəsizliyi, operativlik və dayanıqlı infrastruktur üçün formalaşdırırıq.

Real Vaxt Rejimində Üz Aşkarlama və Tanıma Texnologiyası ilə Təchiz Edilmiş Video Müşahidə Sistemi

ISO sertifikatları

MegaSec-də İnteqrasiya olunmuş İdarəetmə Sistemləri (IMS) fəaliyyətin səmərəli təşkili və korporativ idarəetmənin təkmilləşdirilməsi üçün vahid yanaşma formalaşdırır. Keyfiyyət, əməyin təhlükəsizliyi və sağlamlığın qorunması, eləcə də informasiya təhlükəsizliyi üzrə prinsiplərin əlaqəli tətbiqi risklərin idarə olunmasına, proseslərin davamlı təkmilləşdirilməsinə və şirkətin dayanıqlı inkişafına xidmət edir.

ISO 20000-1:2018

İT Xidmətlərinin İdarəetmə Sistemi

ISO/IEC 20000-1 - İT xidmətlərinin keyfiyyətli, davamlı və səmərəli şəkildə idarə olunmasını təmin edən beynəlxalq standartdır.

ISO 9001:2015

Keyfiyyət İdarəetmə Sistemi

ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi – Məhsul və xidmətlərin keyfiyyətinin və müştəri məmnuniyyətinin davamlı şəkildə təmin edilməsinə yönəlmiş beynəlxalq standartdır.

ISO/IEC 15504:2004 (SPICE)

Proseslərin Qiymətləndirilməsi və Təkmilləşdirilməsi

ISO/IEC 15504:2004 (SPICE) – Proseslərin Qiymətləndirilməsi və Təkmilləşdirilməsi – Təşkilatların proseslərinin yetkinliyini və effektivliyini qiymətləndirməyə və onların davamlı təkmilləşdirilməsinə yönəlmiş beynəlxalq standartdır.

ISO/IEC 27001:2022

İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sistemi

ISO/IEC 27001:2022 – İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sistemi – İnformasiya aktivlərinin məxfiliyini, bütövlüyünü və əlçatanlığını qorumaq və informasiya təhlükəsizliyi risklərini idarə etmək üçün beynəlxalq standartdır.

ISO/IEC 27701:2019

Məxfilik Məlumatlarının İdarəetmə Sistemi

ISO/IEC 27701:2019 – Məxfilik Məlumatlarının İdarəetmə Sistemi – Şəxsi məlumatların qorunması və məxfilik risklərinin idarə olunmasına yönəlmiş beynəlxalq standartdır.

ISO/IEC 42001:2023

Süni İntellektin İdarəetmə Sistemi

ISO/IEC 42001:2023 – Süni İntellektin İdarəetmə Sistemi – Süni intellekt sistemlərinin məsuliyyətli, təhlükəsiz və effektiv idarə olunmasını təmin edən beynəlxalq standartdır.

ISO 22301:2019

Biznes Davamlılığının İdarəetmə Sistemi

ISO 22301:2019 – Biznes Davamlılığının İdarəetmə Sistemi – Təşkilatın fövqəladə hallar və fasilələr zamanı fəaliyyətinin davamlılığını təmin edən beynəlxalq standartdır.

Son xəbərlər

Xəbərlər