29 Sentyabr 2026

MegaSec nümayəndə heyəti Özbəkistanın Rəqəmsal Texnologiyalar naziri ilə görüşdü

MegaSec nümayəndə heyəti Özbəkistanın Rəqəmsal Texnologiyalar naziri ilə görüşdü
MegaSec Özbəkistan ilə strateji əməkdaşlıq istiqamətində yeni mərhələyə qədəm qoyur.
MegaSec-in direktoru Qabil Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Rəqəmsal Texnologiyalar naziri Sherzod Shermatov ilə rəsmi görüş keçirib.
Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub, gələcək birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.
Rəqəmsal transformasiyanın sürətləndiyi müasir dövrdə güclü kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması strateji əhəmiyyət daşıyır. MegaSec regionda innovativ texnologiyaların və təhlükəsiz rəqəmsal gələcəyin inkişafına töhfə verməyə davam edir.

Yeniliklərə abunə olun

Yeni məqalələr və xəbərlər barədə ilk siz xəbər tutun.