8 Oktyabr 2026

MegaSec və AICA – Mərkəzi Asiya Süni İntellekt Assosiasiyası Anlaşma Memorandumu imzaladı

MegaSec və AICA – Mərkəzi Asiya Süni İntellekt Assosiasiyası Anlaşma Memorandumu imzaladı
8 oktyabr 2026-cı il tarixində MegaSec və AICA – Mərkəzi Asiya Süni İntellekt Assosiasiyası #Daşkənd şəhərində keçirilən Cyber Security Summit | CENTRAL EURASIA 2026 tədbirinin ardından Anlaşma Memorandumu imzalayıb.
Memorandumu MegaSec MMC-nin direktoru Qabil Qasımov və AICA-nın sədri Vladimir Norov imzalayıblar.
Tərəfdaşlıq aşağıdakı istiqamətləri əhatə edir:
  • Süni intellekt və kibertəhlükəsizlik
  • Təhlükəsiz və etibarlı süni intellekt həlləri
  • Rəqəmsal transformasiya və infrastrukturun mühafizəsi
  • Birgə layihələr, tədqiqatlar və bilik mübadiləsi
  • Təlim proqramları və startaplara dəstək
  • Regional və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar
  • AICA-nın regional şəbəkəsini MegaSec-in texnoloji təcrübəsi ilə birləşdirən bu tərəfdaşlıq Azərbaycanda, Özbəkistanda və bütün Mərkəzi Asiyada təhlükəsiz və innovativ rəqəmsal ekosistemin inkişafına dəstək verməyi hədəfləyir.

    Yeniliklərə abunə olun

    Yeni məqalələr və xəbərlər barədə ilk siz xəbər tutun.