29 Sentyabr 2026
MegaSec Səhiyyə Nazirliyi ilə həkimlər üçün «Tibdə Rəqəmsal Texnologiyalar və Süni İntellekt» kursları üzrə əməkdaşlığa başladı
Səhiyyə Nazirliyi ilə birlikdə tibdə süni intellekt həlləri və həkimlərin təkmilləşdirilməsi üzrə əməkdaşlığa başlanılmışdır.
MegaSec MMC ADA Universiteti ilə birgə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ortaqlığında gələn tədris ilindən «Tibdə Rəqəmsal Texnologiyalar və Süni İntellekt» kursları həyata keçiriləcək.
Proqramın əsas məqsədi səhiyyə mütəxəssislərinin rəqəmsal texnologiyalar, süni intellekt alətləri və müasir tibbi innovasiyalar sahəsində bilik və bacarıqlarının inkişafına dəstək verməkdir.
Bu əməkdaşlıq Azərbaycanın səhiyyə sisteminin rəqəmsal transformasiyasına verdiyimiz töhfənin növbəti mühüm mərhələsidir. Layihə “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin rəsmi təqdimatı çərçivəsində səhiyyə naziri cənab Teymur Musayev tərəfindən elan olunub və ölkəmizdə tibb ilə süni intellekt texnologiyalarının inteqrasiyasını yeni səviyyəyə yüksəltməyi hədəfləyir.
Layihə yalnız təhsil təşəbbüsü deyil, həm də Azərbaycanın gələcək rəqəmsal səhiyyə ekosisteminin formalaşmasına xidmət edən strateji addımdır.
MegaSec olaraq, ölkəmizdə innovativ texnologiyaların inkişafına və onların real sektorlarda tətbiqinə töhfə verməkdən qürur duyuruq!
Yeniliklərə abunə olun
Yeni məqalələr və xəbərlər barədə ilk siz xəbər tutun.