29 Sentyabr 2026

MegaSec Vikipediyanın 25 illiyinə həsr olunmuş tədbirdə “Süni İntellekt Dövründə Vikipediya” mövzusunda çıxış etdi

MegaSec Vikipediyanın 25 illiyinə həsr olunmuş tədbirdə “Süni İntellekt Dövründə Vikipediya” mövzusunda çıxış etdi
Vikipediyanın 25 illiyi Vikimedia icmasının nümayəndələrini və dövlət qurumlarının yüksək səviyyəli rəsmilərini bir araya gətirib.
Tədbirdə MegaSec MMC-ni təmsil edən Biznesin İnkişafı üzrə menecer Arzu Rahimli “Süni İntellekt Dövründə Vikipediya” mövzusunda çıxış edib.
Çıxışda Vikipediyanın süni intellekt texnologiyalarının inkişafındakı rolu, Sİ sistemlərinin bu açıq bilik bazasından istifadəsi və gələcək imkanlar və risklər müzakirə olunub. Xüsusilə etibarlı mənbə problemi, məzmun keyfiyyəti və avtomatlaşdırma nəticəsində yaranan çağırışlar vurğulanıb.
Ümumilikdə tədbir Vikipediyanın qlobal bilik ekosistemindəki rolunu və süni intellekt dövründə açıq bilik platformalarının strateji əhəmiyyətini ön plana çıxarıb.

Yeniliklərə abunə olun

Yeni məqalələr və xəbərlər barədə ilk siz xəbər tutun.