28 Sentyabr 2026

MegaSec komandası BDU Məzunlar Cəmiyyətinin Seminarlar Silsiləsinin IV seminarında təcrübəsini bölüşdü

MegaSec komandası BDU Məzunlar Cəmiyyətinin Seminarlar Silsiləsinin IV seminarında təcrübəsini bölüşdü
MegaSec MMC komandası olaraq Bakı Dövlət Universitetində keçirilən BDU Məzunlar Cəmiyyətinin Seminarlar Silsiləsinin IV seminarında iştirak etdik.
“İKT sahəsində təşkilati davranış və idarəetmə” mövzusuna həsr olunan tədbirdə əməkdaşlarımız tələbələrlə bilik və təcrübələrini bölüşdülər.
Seminar çərçivəsində:
• Gabil Gasimov: “Rəqəmsal Transformasiyada Strateji Liderlik”
• Ayan Etibar: “İnsan kapitalı və texnologiya”
• Arzu Rahimli: “Rəqəmsal Ekosistemlərdə Məhsul və Xidmət İdarəçiliyi”
mövzuları üzrə təqdimatlar edərək rəqəmsal transformasiya, insan kapitalının rolu və müasir texnoloji ekosistemlərdə idarəetmə yanaşmaları barədə fikirlər paylaşıldı.
Tələbələrlə görüşmək və təcrübəmizi bölüşmək bizim üçün böyük məmnuniyyət idi. Dəvətə görə BDU Məzunlar Cəmiyyətinə təşəkkür edirik!

Yeniliklərə abunə olun

Yeni məqalələr və xəbərlər barədə ilk siz xəbər tutun.