2 Sentyabr 2026
MegaSec Metro Hackathon-a sponsorluq etdi: 18 komanda real metro datası ilə Sİ həlləri hazırladı

Metro Hackathon çərçivəsində 18 komanda real metro datası üzərində işləyərək Sİ əsaslı həllər və innovativ yanaşmalar təqdim etdi.
MegaSec olaraq bu təşəbbüsün sponsorlarından biri olmaq və innovasiya ekosisteminə dəstək vermək bizim üçün böyük qürur mənbəyidir. İnanırıq ki, gələcəyin ağıllı şəhərləri real data və Sİ əsaslı həllərlə formalaşır.
Hackathon zamanı iştirakçılar:
• sərnişin axınının optimallaşdırılması
• yüklənmənin azaldılması
• data və AI ilə qərarvermə modellərinin qurulması
kimi istiqamətlərdə praktiki layihələr üzərində çalışdılar.
Münsiflər heyətində MegaSec MMC əməkdaşı Samir Rüstəmov da iştirak edərək layihələrin qiymətləndirilməsinə öz töhfəsini verdi.
Qaliblər:
• 1-ci yer: “Xətai”
• 2-ci yer: “Gənclik”
• 3-cü yer: “Sahil”
Qalibləri və bütün iştirakçı komandaları təbrik edirik.
Yeniliklərə abunə olun
Yeni məqalələr və xəbərlər barədə ilk siz xəbər tutun.