Laboratoriyanın ADA Universitetinin nəzdində fəaliyyət göstərən struktur bölməsi universitetlə əməkdaşlıq edir və süni intellekt sahəsində elmi-tədqiqat, təhsil və innovasiya təşəbbüslərini dəstəkləyir. Universitetdə fəaliyyət göstərən laboratoriya tələbələri, magistrantları, doktorantları, müəllimləri və tədqiqatçıları vahid elmi mühitdə bir araya gətirir.
Laboratoriyanın əsas fəaliyyət prinsipi fundamental və tətbiqi tədqiqatlarla real texnoloji problemlərin həlli arasında əlaqə yaratmaqdır. Bu məqsədlə süni intellektin müxtəlif istiqamətlərində yeni metodlar araşdırılır, alqoritmlər inkişaf etdirilir, eksperimental modellər hazırlanır və əldə olunan nəticələr praktik tətbiqlərə inteqrasiya olunur.
Laboratoriya Azərbaycan dili üçün süni intellekt texnologiyalarının inkişafına xüsusi diqqət yetirir. Təbii dilin emalı, nitqin tanınması və sintezi, böyük dil modelləri, intellektual informasiya axtarışı, kompüter görməsi və multimodal süni intellekt əsas tədqiqat sahələrimizdəndir.
Elmi fəaliyyətimiz beynəlxalq jurnallarda nəşrlər, konfranslarda təqdimatlar, patent müraciətləri və innovativ proqram məhsullarının hazırlanması ilə müşayiət olunur.