Ofis Meneceri
MegaSec Azərbaycanda süni intellekt əsaslı kibertəhlükəsizlik həlləri təqdim edən texnologiya şirkətidir. Biz biznesləri rəqəmsal təhdidlərdən qorumaq üçün innovativ məhsul və xidmətlər hazırlayırıq.
· Ofisin gündəlik fəaliyyətinin effektiv şəkildə idarə olunması və koordinasiyası.
· Şirkətdaxili sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinə nəzarət.
· Görüşlərin, iclasların və tədbirlərin təşkili və koordinasiyası.
· Telefon zənglərinin cavablandırılması, e-mail yazışmalarının idarə olunması və müştərilərlə operativ əlaqənin qurulması.
· İşçi heyətinin inzibati məsələlərinin idarə olunması və dəstəklənməsi.
· Ofis ehtiyatlarının və ləvazimatlarının təmin olunmasına nəzarət.
· Müvafiq hesabatların və məlumatların rəhbərliyə təqdim edilməsi.
· Ofis avadanlıqlarının, texnologiyalarının və texniki vasitələrin işlək vəziyyətdə saxlanılmasına nəzarət.
· Ofisdaxili IT avadanlıqlarının (kompüter, printer, internet şəbəkəsi və s.) işlək vəziyyətinin izlənilməsi və yaranan texniki problemlərin həlli üçün koordinasiyanın təmin edilməsi.
· Ofisdaxili təmir, texniki xidmət və inzibati işlərə nəzarət.
· Gələn qonaqların yüksək səviyyədə qarşılanması və görüşlərin təşkili.
· Rəhbərliyin verdiyi inzibati tapşırıqların vaxtında və düzgün icra olunması.
· Şirkət daxilində iş proseslərinin nizam-intizamlı şəkildə təşkilinə dəstək göstərilməsi.
Biz təklif edirik
· Təhsil: Ali təhsil.
· Cins: Kişi
· Yaş: 22-28
· Ofis menecerliyi, inzibati idarəetmə və ya uyğun sahədə minimum 1–2 il iş təcrübəsi.
· Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları.
· Liderlik və komandada işləmək qabiliyyəti.
· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı.
· Ofis texnikası və inzibati proseslər üzrə baza bilikləri.
· Detallara diqqət və məsuliyyətlilik.
· Operativ qərarvermə və problem həll etmə bacarığı.
· Stress altında işləmək və vaxtın düzgün idarə olunması bacarığı.
· Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
· İngilis və/və ya rus dili biliyi üstünlük hesab olunur.
· Korporativ davranış qaydalarına uyğun peşəkar ünsiyyət bacarığı.
· Məxfi məlumatlarla işləmək və məlumat təhlükəsizliyinə riayət etmək bacarığı.