4
Jurnal məqaləsi
Dərc olunmuş və nəşrə qəbul edilmiş elmi işlər.
Brain
MegaSec şirkətinin əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən, süni intellekt və qabaqcıl informasiya texnologiyaları sahələrində tətbiqi elmi tədqiqatların aparılmasına və innovativ texnoloji həllərin inkişaf etdirilməsinə yönəlmiş tədqiqat laboratoriyasıdır.
MegaSec AI LAB elmi tədqiqatların inkişafına, əldə olunan nəticələrin beynəlxalq akademik ictimaiyyətlə paylaşılmasına və innovativ texnologiyaların yaradılmasına xüsusi əhəmiyyət verir.
Laboratoriyanın tədqiqatçıları süni intellekt, təbii dilin emalı, nitq texnologiyaları, kompüter görməsi, böyük dil modelləri və intellektual informasiya sistemləri üzrə beynəlxalq elmi jurnallarda və konfranslarda tədqiqat nəticələrini təqdim edirlər.
Elmi fəaliyyətimizin əsas istiqamətlərindən biri Azərbaycan dili kimi resursları məhdud dillər üçün yeni süni intellekt metodlarının inkişaf etdirilməsidir.
4
Dərc olunmuş və nəşrə qəbul edilmiş elmi işlər.
8
Beynəlxalq elmi konfranslarda təqdim edilmiş tədqiqatlar.
5
Yeni texnoloji həllər üzrə təqdim edilmiş ixtira materialları.
1
NLPAI 2026 konfransında Best Presentation Award.
Elmi fəaliyyətin əsas göstəriciləri · 2026-cı il üzrə təqdim edilmiş fəaliyyət hesabatına əsasən
01
Azərbaycan dilində mətnlərin avtomatik xülasələşdirilməsi üçün dərin öyrənmə metodlarının tətbiqinə həsr edilmiş tədqiqat.
Müəlliflər
02
Dövlət xidmətləri üçün böyük dil modelləri əsasında idarə olunan çoxagentli dialoq sistemlərinin hazırlanmasına həsr edilmiş tədqiqat.
Müəlliflər
03
Azərbaycan dilində koqnitiv təhriflərin avtomatik aşkarlanması üçün süni intellekt metodlarının tədqiqi.
Müəlliflər
04
Azərbaycan avtomobil nömrələrinin simvollarının tanınması üçün sintetik məlumat generasiyası və müxtəlif aşkarlama arxitekturalarının tədqiqi.
Müəlliflər
01
Müəlliflər
02
Müəlliflər
03
Müəlliflər
04
Müəlliflər
05
Müəlliflər
06
Müəlliflər
07
08
Müəlliflər
Laboratoriyada aparılan elmi tədqiqatlar yeni texnoloji metodların hazırlanmasına və intellektual mülkiyyətin formalaşdırılmasına yönəlib.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə aşağıdakı beş ixtira üzrə materiallar təqdim edilmişdir.
01
Video müşahidə görüntülərində nəqliyyat vasitələrinin ön şüşəsi sahəsindən sərnişinlərin aşkarlanması və vizual məlumatlarının anonimləşdirilməsi üçün texnoloji həll.
02
Səs və mətn interfeyslərini dəstəkləyən, çoxagentli süni intellekt arxitekturasına əsaslanan intellektual dialoq sistemi.
03
Azərbaycan dilində yüksək dəqiqlikli, aşağı gecikməli və real vaxt rejimində işləyən avtomatik nitq tanıma texnologiyası.
04
Üz və bədən vizual məlumatlarının birgə emalı əsasında demoqrafik atributların müəyyənləşdirilməsi üçün kompüter görməsi texnologiyası.
05
Hüquqi sənədlərin çoxmərhələli axtarışı, istinad qrafı və Retrieval-Augmented Generation metodlarını birləşdirən səs və mətn interfeysli intellektual sistem.
NLPAI 2026 · Multimodal Fake-Information Detection for Low-Resource Language in Case of Azerbaijani Language
Laboratoriyanın tədqiqatçıları beynəlxalq elmi konfranslarda iştirak etməklə tədqiqat nəticələrini təqdim edir və beynəlxalq akademik əməkdaşlığın inkişafına töhfə verirlər.
2026-cı ildə laboratoriya ilə əlaqəli tədqiqatlar AIDT, ITTA və NLPAI beynəlxalq konfranslarında təqdim edilmişdir.
Xüsusilə NLPAI 2026 konfransında Azərbaycan dili üçün multimodal saxta informasiya aşkarlanması üzrə tədqiqat Best Presentation Award mükafatına layiq görülmüşdür.
Bu nailiyyətlər laboratoriyanın süni intellekt sahəsində elmi fəaliyyətini və Azərbaycan dili texnologiyalarının beynəlxalq elmi mühitdə təmsil olunmasını nümayiş etdirir.