Ofis Meneceri
MegaSec Azərbaycanda süni intellekt əsaslı kibertəhlükəsizlik həlləri təqdim edən texnologiya şirkətidir. Biznesləri rəqəmsal təhdidlərdən qorumaq üçün innovativ məhsul və xidmətlər hazırlayırıq.
Vəzifə öhdəlikləri
Ofisin gündəlik fəaliyyətinin effektiv idarə olunması və koordinasiyası;
Şirkətdaxili sənədlərin hazırlanması, qeydiyyata alınması və arxivləşdirilməsinə nəzarət;
Görüşlərin, iclasların və tədbirlərin təşkili və koordinasiyası;
Telefon zənglərinin cavablandırılması, elektron yazışmaların idarə olunması və müştərilərlə operativ əlaqənin təmin edilməsi;
İşçilərin inzibati məsələlərinin idarə olunması və bu istiqamətdə dəstək göstərilməsi;
Ofis ləvazimatlarının və digər zəruri ehtiyatların təmin olunmasına nəzarət;
Müvafiq hesabatların və məlumatların rəhbərliyə təqdim edilməsi;
Ofis avadanlıqlarının, texnologiyaların və texniki vasitələrin işlək vəziyyətdə saxlanılmasına nəzarət;
Ofisdaxili IT avadanlıqlarının (kompüter, printer, internet şəbəkəsi və s.) işlək vəziyyətinin izlənilməsi və yaranan texniki problemlərin həlli üçün koordinasiyanın təmin edilməsi;
Ofisdaxili təmir, texniki xidmət və inzibati işlərə nəzarət;
Gələn qonaqların qarşılanması və görüşlərin təşkili;
Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqların vaxtında və düzgün icra olunması;
Şirkətdaxili iş proseslərinin nizam-intizamlı şəkildə təşkilinə dəstək göstərilməsi.
Tələblər
Ali təhsil;
Cins: Kişi;
Yaş həddi: 22–28;
Ofis menecmenti, inzibati idarəetmə və ya müvafiq sahə üzrə minimum 1–2 il iş təcrübəsi;
Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
Liderlik və komandada işləmək bacarığı;
Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
Ofis texnikası və inzibati proseslər üzrə baza bilikləri;
Detallara diqqət və məsuliyyətlilik;
Operativ qərarvermə və problemləri həll etmək bacarığı;
Stress şəraitində işləmək və vaxtı düzgün idarə etmək bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis və/və ya rus dili biliyi üstünlük hesab olunur;
Korporativ davranış qaydalarına uyğun peşəkar ünsiyyət bacarığı;
Məxfi məlumatlarla işləmək və məlumat təhlükəsizliyi qaydalarına riayət etmək bacarığı.
Biz təklif edirik
Könüllü tibbi sığorta;
Peşəkar və dinamik komandada çalışma imkanı;
Müasir texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətdə təcrübə qazanmaq imkanı;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.